AY SARIŞIN QIZ
*****
Mən səni hər axşam görə bilsəydim, Saçının ucunu hörə bilsəydim, Yoluna gülçiçək sərə bilsəydim, Sevirəm-desəydin sən bircə ağız, Qurbanın olardım,ay sarışın qız. * Tək səni bilirəm mələk misglı, Bağçamı sovuran külək misalı, Tanrıdan umduğum dilək misalı, Gündüzumdə günəş,gecəmdə ulduz, Mehtabım,ayımsan,ay sarışın qız. * Kəmər olum qızıldan, Belinə sarı məni. Qumaş olum,tül olum, Qoluna sarı məni. * Sən liman ol,mən gəmi, Saxla məni özündə. Bircə damla yaş olum, Gilələnim gözündə. * Dilində şəkər olum, Dodağında bal kimi. Qoy gecəni uyuyum Sinən üstə xal kimi. * Adını yadımdan silən deyiləm, Özün gəl deməsən,gələn deyiləm, Gönlünü çalmamış ölən deyiləm, Ruhum yanyörəndə dolaşır yalqız, İnsaf et,incitmə,ay sarışın qız. *** |
*****
Mən səni hər axşam görə bilsəydim,
Saçının ucunu hörə bilsəydim,
Yoluna gülçiçək sərə bilsəydim,
Sevirəm-desəydin sən bircə ağız,
Qurbanın olardım,ay sarışın qız.
*
Tək səni bilirəm mələk misglı,
Bağçamı sovuran külək misalı,
Tanrıdan umduğum dilək misalı,
Gündüzumdə günəş,gecəmdə ulduz,
Mehtabım,ayımsan,ay sarışın qız.
*
Kəmər olum qızıldan,
Belinə sarı məni.
Qumaş olum,tül olum,
Qoluna sarı məni.
*
Sən liman ol,mən gəmi,
Saxla məni özündə.
Bircə damla yaş olum,
Gilələnim gözündə.
*
Dilində şəkər olum,
Dodağında bal kimi.
Qoy gecəni uyuyum
Sinən üstə xal kimi.
*
Adını yadımdan silən deyiləm,
Özün gəl deməsən,gələn deyiləm,
Gönlünü çalmamış ölən deyiləm,
Ruhum yanyörəndə dolaşır yalqız,
İnsaf et,incitmə,ay sarışın qız.
***
Ay sarı qız ne güzeldi üstadım sevdim keyif aldım okurken........
Kalemine sağlık yürek sesin hiç susmasın
Ata yurduna selam.............