0
Yorum
0
Beğeni
0,0
Puan
1115
Okunma
Külək əsib sünbüllər tərpəşəndə,
Ay görünüb qaranlıq ürpəşəndə,
Ağ gilasın mürəbbəsi bişəndə,
Bir məni də xatırında dolandır,
Dünya fani,etibarsız,yalandır.
Nə yaxşıydı on beş yaşın sevdası,
Qız üstündə oğlanların davası...
Yetişəndə qonşunun cır alçası,
Dırmaşardıq təpəsinə,dərərdik,
Turşu deyib dam üstünə sərərdik.
Axşam olcaq yandırardıq tonqalı,
Axtarardıq çöldə körpə qanqalı...
Dırmaşanda qonur tutun çanqalı,
İlişərdi dizimizə,cırardı,
Anam görub belimizi qırardı.
Əmimgildə gedib qonaq qalardıq,
Çiçəkləri ləçək-ləçək yolardıq...
Gündüz qaçıb göl dibinə dalardıq.
Ah,nə gözəl günlər idi o günlər.
Xəyalımda inlər indi o günlər.
Kəndimizin görən gözü biz idik,
Söz verdiksə,sözümüzə düz idik...
Gör neçəmiz bir gözəldən göz idik.
Zalım qızı bizi yaman qandırdı,
Özgəsinin çırağını yandırdı.
Taleyimə bir naxışdı basılıb,
Gözlərimin qabağından asılıb,
Yetim kimi bir bucağa qısılıb,
Ağlamayın,sızlamayın o günlər,
Daha məni gözləməyin o günlər.
*
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.