ANAMIN ÖLÜMÜNƏ
Yoxluğunu kim biləcək
bu dünyada məndən başqa, Yaddaşımda nə qaldı ki, saçındakı dəndən başqa, O günlərə salam olsun sən öldüyün gündən başqa. Tabutuna çiyin verib ağlayıram yana-yana- -Qayıt ana,qyıt ana ! Vüsalından doymadım ki, xəyalından necə doyum. Elə uca yerdəsən ki, yetmir əlim,çatmır boyum. Cansız,arıq əllərini öpüm,gözüm üstə qoyum. Necə dözüm ayrılığa, necə dözüm bu hicrana- -Qayıt ana,qayıt ana qoy başımı dizin üstə bır lay-lay de,oxşa yenə, O ağarmış saçlarını sığallayım dönə-dönə. Qiymətini bilmədim ki. Yazıq mənə,ayıb mənə. Biləmmədim bilə-bilə, biləmmədim qana-qana, -Qayıt ana,qayıt ana ! Yavanlığı mənə verdin, nə yedinsə yavan yedin, Azarladım,xəstələndim sən özünü qurban dedin. Harayıma,xitabıma neçə kərə can-can dedin. Kaş dönəydi zaman geri qayıdaydıq o dövrana. -Ana,ana,qayıt ana !!! |
Gözlerinde yaş mı kaldı
Acı çektin yıllar yılı
Yüreğinde düş mü kaldı... güzel şiirine bir katkıda benden..Analara ne yazsak az..kutladım