QURUMUŞ AĞACLARIN GÖLGƏSİ OLMUR
*****
Qızlar analarına heç oxşamır buralarda, oğullarsa babalarına. Həyatın rəngi də qarışıq- nə əlvan,nə tutqun. Hər bucaqda sülənən insanlar kimi yöndəmsiz və düşgün. Dilənçi torbalarında qəpik-kuruşa dönüşmüş LƏYAQƏT, altın saraylarda piylənmiş göbəkləri sıxan kəmərlərin boğduğu İNSANLIQ, pomadalı dodaqlarda intihar edən NAMUS... Bayağı həyat simfonisinin qarmaqarışıq notları bir pianist barmaqlarında böylə çalınır buralarda. Buralarda hər şey üç nöqtə ilə başlayır və...heç zaman qurtarmır. Sualların yağmur damlaları kimi tıkladığı zehinlər yox olub gedir susuz dodaqların dualarında. Təkcə,duyğular qalır səfil-sərgərdan. Dualar qədər də günahlar var buralarda. Daha analar da kişi doğmurlar- ölüm kamplarının kısır məhbusları kimi. Buralarda heç nə doğulmur insan adına, hər şey ağrılardan və acılardan biçilmiş xəyal kimi... Sahibsiz itlərin dolaşdığı sokakların bir ucu çil torağayların fit çaldığı çöllərə qədər uzanıb gedir, əsarətdən özgürlüyə gedən yol kimi. Buralarda özgürluk nəğmələri oxumaq yasaq. Sahilsiz dənizlərin dalğaları qədər mutlu deyilmiş insanlar, əsla. Fırtına quşunun qanadlarında dalğalarla savaşan azadlığın, umutsuz əsarətin qucağında uyuyan köləlik qədər dəyəri yoxmuş buralarda. Buralarda həyat qurumuş ağaclara bənzər. QURUMUŞ AĞACLARIN GÖLGƏSİ OLMUR! *** |
*****
Qızlar analarına
heç oxşamır buralarda,
oğullarsa babalarına.
Həyatın rəngi də qarışıq-
nə əlvan,nə tutqun.
Hər bucaqda sülənən
insanlar kimi
yöndəmsiz və düşgün.
Dilənçi torbalarında
qəpik-kuruşa dönüşmüş
LƏYAQƏT,
altın saraylarda
piylənmiş göbəkləri sıxan
kəmərlərin boğduğu
İNSANLIQ,
pomadalı dodaqlarda
intihar edən
NAMUS...
Bayağı həyat simfonisinin
qarmaqarışıq notları
bir pianist barmaqlarında
böylə çalınır buralarda.
Buralarda hər şey
üç nöqtə ilə başlayır
və...heç zaman qurtarmır.
Sualların yağmur
damlaları kimi tıkladığı
zehinlər yox olub gedir
susuz dodaqların dualarında.
Təkcə,duyğular qalır
səfil-sərgərdan.
Dualar qədər də
günahlar var buralarda.
Daha analar da
kişi doğmurlar-
ölüm kamplarının
kısır məhbusları kimi.
Buralarda heç nə doğulmur insan adına,
hər şey ağrılardan
və acılardan biçilmiş
xəyal kimi...
Sahibsiz itlərin
dolaşdığı sokakların
bir ucu çil torağayların
fit çaldığı çöllərə
qədər uzanıb gedir,
əsarətdən özgürlüyə
gedən yol kimi.
Buralarda özgürluk
nəğmələri oxumaq yasaq.
Sahilsiz dənizlərin
dalğaları qədər
mutlu deyilmiş
insanlar, əsla.
Fırtına quşunun
qanadlarında dalğalarla
savaşan azadlığın,
umutsuz əsarətin
qucağında uyuyan
köləlik qədər
dəyəri yoxmuş buralarda.
Buralarda həyat
qurumuş ağaclara bənzər.
QURUMUŞ AĞACLARIN
GÖLGƏSİ OLMUR!
***
Yüreğine kalemine sağlık üstadım,
Çok güzel eserdi haklı ve doğrular sergilenmiş,
Yürek sesin hiç susmasın............
çox gözeldi gelemin dayim olsun
Ata yurduna salamlar........