TANRININ SAKAT ÇOCUĞU
*******
Burnundan çıxarıb da ağzına qoyan çocuq kimi bir şey bu dünya. Ağlar,dərdini bilməzsin. Təkcə acılara ağlamaz, umduklarına da ağlar, umduklarını bilməzsin ki. Sənə baxar və gülər, ama sənə yox, səndən arxada üzünə açılan kendi dünyasına gülər. Sanki,üstündən köpək pisliyi asılmış bu çocuğun. Nazar dəyməz belə. Ölüb də getsəydi,barı... Nimdaş çəkmələrini geyəsi ayaqlarmı yox. Bir çocuq bu dünya- Tanrının sakat çocuğu. ...Körpəliyindən tanıram onu. Doğuşdan günah içində. Heç sevmədim kendini, babasını da sevməzdim- Şaban demiş. Altını təmizlərdim, burnunun çöpünü ağzımla üflərdim. Babasız,anasız bir çocuqdu. Tanrı atıb getmişdi üstümə. Böyüyər anlar,dedim. Nə böyüdü,nə anladı, elə çocuq kimi də qaldı. Büün oyunlarımı onunla oynadım, gizlənpaçdan tutmuş qovdu-qacdıya kimi. İlk dəfə o yumdu və...tapdı. O gündən mən yumuram ama,tapamıram. Qovdu-qacdı da öylə, hep mən qovuram. Bircə dəfə tuta bilseydim deyirəm. Elə bil yeldən qanad taxmış, mənim ayaqlarımsa çamura batmış tısbağa ayaqları kimi. ...Kub daşlardan qat-qat evciklər yapıram hər axşam boş vaxtlarımda. Ama,bir türlü son qatlarını yapamıram. Sanki,umutlarım da ölüb gedir son qatlardan düşən daşların tappıltısında. Sonu olmayan şeylərlə uğraşmaq,əslində çocuq oyunu, elə dünya kimi. *** |
onunla oynadım,
gizlənpaçdan tutmuş
qovdu-qacdıya kimi.
İlk dəfə o yumdu
və...tapdı.
O gündən mən yumuram
ama,tapamıram.
Qovdu-qacdı da öylə,
hep mən qovuram.
Bircə dəfə
tuta bilseydim deyirəm.
Elə bil yeldən
qanad taxmış,
mənim ayaqlarımsa
çamura batmış
tısbağa ayaqları kimi.
...Kub daşlardan qat-qat
evciklər yapıram
hər axşam boş vaxtlarımda.
Ama,bir türlü
son qatlarını yapamıram.
Sanki,umutlarım da
ölüb gedir son qatlardan
düşən daşların tappıltısında.
Sonu olmayan şeylərlə
uğraşmaq,əslində
çocuq oyunu,
elə dünya kimi.
***
Nefis dizelerdi okudum, kalemini yüreğini emeğini selsmlıyorum
Yürek sesin hiç dinmesin üstadım
Saygılar selamlar................