TANRI DUALARI
Göyün bütün sirrini içinə yığmış
gecə, Gündüzün səs-küyündən bir sükut doğmuş gecə. Novruz tonqallarından qalan közə oxşayan Göz vuran ulduzlardır-səm ada hər yer,hər yan. Otağımda bir məzar səssiyliyi hökmran, Yarım qutu siqara,kofe üçün bir fincan, On beş damcı valerian... Bu gecə könül dostum,ev arkadaşım mənim. Sirli,məchul gecələr-mənim xəyal məskənim. Pərdəsiz pəncərəmi külək açır yarı,kəm, Zülmət soxur özünü içəriyə,bax bu dəm. Çırağın alovunda əriyir,heçə dönür, İçimdəki istəklər yollarda köçə dönür... * ...Tanrı qulaqlarıma pıçıldamış bir zaman: -Bir dua öyrədimmi sənə,ey aciz insan. Tanridan incimişdim,küsm üşdüm həmin vaxtlar, Bu günahkar gönlümə dua eyləyərmi kar. Qovmuşdum xəyalımdan hələ,mələklərin i, Qanımla sulamışdım gönül çiçəklərini. Bəlkə,bir zaman açdı,ətir yaydı dişarı, Bəlkə danışdı,dindi bəxtin qara daşları... O vaxtdan illər ötdü.İndi hər gün,hər axşam Tanrı dualarına tamam möhtac qalmışam. Layla çalıb gönlümün dəcəl dərdi- sərinə, Nəğmələr oxuyuram duaların yerinə: -Pəncərədən daş gəlir, Ay bəri bax,bəri bax. Xumar gözdən yaş gəlir, Ay bəri bax,bəri bax. Səni mənə versələr, Ay bəri bax,bəri bax, Hamıya da xoş gəlir, Ay bəri bax,bəri bax. *** |