GECIKEN TRENLER
Mən son şarkılarımı söyləməyə
gedirəm. Ayrılığın çaldığı bəmtellərin iniltisi tren istasyonlarında məni bəkləyir, bir zamanlar sənin bəklədiyin kimi... Bir Özhan Eren şarkısı səslənir telefonumun qulakcığında. ...Yadındamı,hız trenlərini bəklədiyimiz o anlar. Sən perronda gəzərdin, mənsə sevgi dolu baxışlarla sənə baxardım. İstasyon boyu axan somsoyuq havadan əllərin gömgöy, yanaqlarınsa qıpqırmızı olardı. Üşüyərdin payızın son günlərinin soyuğunda, lap qışın şaxtasında üşüdüyün kimi. O bumbuz əllərini ovucumda isidərdim. Sıcaq nəfəsimizin ilıq buxarları qarışardı bir-birinə. Əllərin əllərimdə qəlbinsə göğsümdə titrəyərdi. Sevdalı gönlümdən dodaqlarıma hopan atəşi təkcə, o balaca əllərində söndürə bilirdim, başqa heç nə... Bir ömür yaşayardıq tren istasyonunda, sevdalı bir ömür. Keşgə uzansın deyə. Trenlərsə gecikərdi, sanki,mənim istəklərimi duyarmış kimi gecikərdi... * O trenlərdən biri alıb götürdü məni bir gün, səndən uzaqlara. Arxamca baxmışsın mı, baxmamışsın mı,b iləməm. Ya,bir ovuc su atmışsın, ya da əlvida demişsin, bəlkə də ağlamışsın son hıçkırtılarınla . Ayrılıq adına bir damla yaş tökülmüş gözlərindən, yamyaşıl otların üstünə, sabahın dupduru şehi kimi. Amma,heç nə dəyişməmiş... "Kara trenler" geriyə dönmür daha... * Bəlkə,bəlkə bir gün döndüm sənə, döndüm o istasyonlarda yarı qalmış sevdalı ömrümüzü yaşamağa. Əgər,məni unutmamışsansa. .. O pəmbə buludların axıb getdiyi səmaya baxirmısın,hiç? Bir ucu içində olan bənzərsiz hisslərin o biri ucunda, bəmbəyaz buludların ötəsində ararsın məni. Hər bahar dönən durna qatarlarının sırasına baxarsın, bəlkə bir gün dönüb gəldim, durnalara tutunub da gəldim... *** |