HAKKIMI KENDİME VERİN
HAQQIMI ÖZÜMƏ VERİN
Təvəkkür, düşüncə dəyişməyincə, Qoca Şərq atəşdə çox yanacaqdır. Nə qədər hakimi-mütləqdir despot, Düşünmə, qəflətdən oyanacaqdır. Xurafat çıxmasa xalqın canından, Özü öz qanında boğulacaqdır. Oyuncaq olacaq yadlar əlində, Ya tez olsun, ya gec, dağılacaqdır. Bizsə gözləməyək bu növbələri, Qəflətdən ayılıb inkişaf edək. Dünyanın bir dənə düzəni vardır, Haqqın, ədalətin yolunda gedək. Insan kölə olur azad dünyada, Ümidi hər yerdən qırılan zaman. Mən azad olaram azad dünyada, Haqqlarım özümə verilən zaman. |