Yüzünü İnsana Çevir
BİMƏYİR
Üzünü insana çevirməyənlər, Dünyanın sirrini aça bilməyir. Ha gözünü asimana zilləsin, Göylərin ənginə uça bilməyir. Min ildir gözünü göylərə dikib, Nə fayda, yenə də istirab çəkib, Dizində, boynunda qəm yükü əkib, Talenin hökmündən qaça bilməyir. Siyasətə, şəriətə qul olur, Var-dövləti bircə cuxa-çul olur, Əzildikcə hər günü bir il olur, Əkdiyini, özü biçə bilməyir. Mənasız bir ömrü başa vursada, Gecə-gündüz xam xəyallar qursada, Allah deyib, o dünyaya varsada, Dünya şərbətindən içə bilməyir. Coculu bulunmaz dərviş işində, Tərki-dünyalığı yoxdu başında, Kamalsız, olsa da Nuhun yaşında, Varlığı, yoxluqdan seçə bilməyir. |
sizi tekrar listeme ekledim
efendim hoşcakalınız...