MƏN SƏNİ GÖZLƏYİRƏM
Qalmadı məndə taqət,
Mən səni gözləyirəm. Sənsən gözümdə afət, Mən səni özləyirəm, Mən səni gözləyirəm. Bu eşqimin sonu yox, Həsrətin sinəmdə ox. Su kimi qəlbimə ax, Təşnənəm sızlayıram, Mən səni gözləyirəm. Olarmı bunca cəfa, Eylə mənə bir vəfa. Bir gələsən insafa, Mən səni izləyirəm, Mən səni gözləyirəm. |