ARZULAR
Bahar gəlib sellər-sular daşanda,
Mənim könlüm o dağları arzular. Bürkü vurub təntiyəndə istidən, Quşlar ötən o bağları arzular. Gün istisi hökm edəndə aranda, Qəlbim coşur Başkeçidi soranda. Xəyalımda o bulaqlar duranda, Sərin axan irmaqları arzular. Düşmür dildən bir an sözü-söhbəti, Anılanda çəkir nəzər-diqqəti. Unudulmaz ömür boyu yurd yeri, Könlüm-gözüm oymaqları arzular. Dağ oğluyam, dağ həvəsi qanımda, Xoş ətirli rayihəsi canımda, Nə zaman ki söz düşəndə yanımda, Yanan qəlbim yaylaqları arzular. Əflatunam, əlim çatmır hər zaman, Yaş artdıqca kövrəlirəm mən yaman. Gəncliyimdə keçirdiyim o dövran, Ötüb keçən o çağları arzular. |