BƏRİ GƏL (divani)
Gözləyirəm yollarını ey cananım, bəri gəl,
Sənsən mənim can içində əziz canım, bəri gəl. Eşqin məni Məcnun edib, oldum dəli-divanə, Gözlərimdən yaş yerinə axar qanım, bəri gəl. Bu sevdanın qucağında oldum çöl avarası, Heç insafın yoxmu sənin, sənsən könlüm çarası. Aç sinəmi, qan olmamış gör ki qalıb harası, Sənsən təbib, yalvarıram, ver dərmanım, bəri gəl. Əflatundu sənə qurban, getmə gözdən irağa, Qəbul eylə diləyimi, mən qul olum sən ağa. Viran olmuş bu könlümü döndər bülbüllü bağa, Səcdəgahım, qibləgahım, din-imanım, bəri gəl. |