Qulun oldum, ya Məhəmməd Mustafa!Qulun oldum, ya Məhəmməd Mustafa! Dərk etməmiş Yaradanı bəlkə də, Qəbul olmaz dualarım Məkkədə, Gün keçirdim məscid, türbə, təkkədə, Yollarında müqəddəsmiş hər cəfa, Qulun oldum, ya Məhəmməd Mustafa! Kölə oldum qulluğuna varana, Gündə beş yol namazına durana. Baş endirdim şəriətə, Qurana, Bundan qeyri görəmmədim mən səfa, Qulun oldum, ya Məhəmməd Mustafa! Mərhəmətdən, səxavətdən doymadım, Qoltuğumdan şeytan girə, qoymadım, Çox oxudum, öz elmimi öymədim, Uymdım da tərif dolu bir lafa, Qulun oldum, ya Məhəmməd Mustafa! Özüm sandım “Allah” deyən hər səsi, Yox qəlbimdə faniliyin fitnəsi. Könlümdədir Yaradanın kölgəsi, Sənlə gəldi ilahi nur, haq şəfa, Qulun oldum, ya Məhəmməd Mustafa! Ululardan sən ulusan, sən uca, Layiq oldun Tanrı verən sərtaca, Halal eylə, çıxım könlü meraca, Cəlaloğlu edər sənə hey vəfa, Qulun oldum, ya Məhəmməd Mustafa! 14.03.2012 Elbəyi Cəlaloğlu |
saygılar