Alim aşiq olar pir qazanındaAlim aşiq olar pir qazanında Bir ocaq çatılıb beynimdə yenə, Fikirlər qaynaşır dür qazanında. Könlündə Tanrını görməyən bilər, İsrafil suru var sur qazanında. İçimdə həsəd var imana gedər, Elm yoxsa istedad dumana gedər. Düz savad eşq adlı bir ana gedər, Alim aşiq olar pir qazanında. Həyat - bir-birindən doğan fiqurlar, Elbəyi, Haqdandı bütün bu turlar. Sənət meydanında gəzən quldurlar, Yanar od içində, qır qazanında. 07.03.2012 Elbəyi Cəlaloğlu Dostlar yazmış: Kocalmaz Alimin perde gözünde Haksizliğı döker gözün selinde Yetimi , düşkünü sazın telinde Çiğer kebab olar gür qazanında.....Kadır haktan Türkeli |
Fikirlər qaynaşır dür qazanında.
Könlündə Tanrını görməyən bilər,
İsrafil suru var sur qazanında.
çok güzel dizelerdi hocam elinize sağlık