Məzarına yol tapmıram, ay gözəl!Məzarına yol tapmıram, ay gözəl! Dörd yanında dolanıram bayaqdan, Məzarına yol tapmıram, ay gözəl! Lap yorulub düşdüm dizdən, ayaqdan, Qeybdən mənə uzanmayır bircə əl, Məzarına yol tapmıram, ay gözəl! Üzərini güllər sarıb, gün düşür, Kəpənəklər məni görcək hürküşür. Xiffətindən can titrəyir, qəlb üşür, Qəbrin üstə yanmaz olub bir məşəl, Məzarına yol tapmıram, ay gözəl! Əlim gəlmir güllərini əyməyə, Söz tapmıram torpağını öyməyə. Yaxınlaşıb baş daşına dəyməyə, Cürətim yox, eyləmisən dərdəcəl? Məzarına yol tapmıram, ay gözəl! Məhəccərə toxunuram aramla, Xatirələr baş-başadır yaramla. Suç gəzirəm öz içimdə bir damla, Durub desən, biləm nədir bu məsəl? Məzarına yol tapmıram, ay gözəl! Elbəyiyə könül verdin, yas oldu, Bir ömürlük dərd vermisən, bəs oldu. Uğurlarım nədən belə nəhs oldu, Haqlamazmı məni bu yerdə əcəl? Məzarına yol tapmıram, ay gözəl! 20.02.2012 Elbəyi Cəlaloğlu |