Yolum səndən düşüb, dünya!Yolum səndən düşüb, dünya! Çirkabsanmış başdan-başa, Qəlbin dönüb buza, daşa. Yönüm düşməz bir də, haşa, Yolum səndən düşüb, dünya! Çarpışıram hey, gərdişəm, Dillər tökmə, çətin bişəm. Haqqa gedən bir dərvişəm, Yolum səndən düşüb, dünya! Gəldim kürkün ha dartmağa, Cəhalətdən oyatmağa, Daha etmə cəhd yatmağa, Yolum səndən düşüb, dünya! Görəmmədim bir düzünü, Eşitmədin Haq sözünü. Gor görəydi kaş üzünü, Yolum səndən düşüb, dünya! Suçun bitməz dərya udsa, Yağış yuyub, gün qurudsa. Axrın yoxdu, belə getsə, Yolum səndən düşüb, dünya! 21.02.2012 Elbəyi Cəlaloğlu |
Çirkabsanmış başdan-başa,
Qəlbin dönüb buza, daşa.
Yönüm düşməz bir də, haşa,
Yolum səndən düşüb, dünya!