Xarı bülbülXarı bülbül Yardımlı rayonunda dostum Gündüz Manafov mənə bir xarı bülbül gülü bağışladı. İlahi bu çiçəyə qəribə tərtibat verib. Bülbül çiçəyin ləçəkləri arasındakı yaşıl qozaya burnunu soxmuş milçəyə (və ya çibinə) doğru pırpızlanıb hirslə durur, sanki indicə hücum çəkəcək. Xarı bülbülü görməyənlər məni anlamaz.Əgər bu gülü hansısa bir memar və ya heykəltaraş düzəltmiş olsaydı, müəllifə nifrət edərdim, ancaq onu ilahi yaratdığına görə məna axtarmağa çalışdım. Düşüncələrim bülbülə müraciətlə aşağıdakı kimidir. Sevəmmədin bir gözəli sonacan, Verdin əldən ixtiyarı, yarı sən. Pırpızlanıb nə durmusan önümdə, Ağla, sızla, zarı, bülbül, zarı sən. Nəğmə dedin bağda hər axşam, səhər, Baş qarışdı ilboyu, qaldın mələr. Qırmızını dəli geyib düymələr, Geyinmisən gic kimi sapsarı sən. Nə karədir milçək, barı, bir düşün! İlqar verdin, həyan getdi, yox huşun, İnnən belə kim olacaq tay-tuşun, Qandır sazı, anlat görüm tarı sən?! El içində xar eylədin özünü, Saldın dilə “xarı bülbül” sözünü, Birdəfəlik qaraltmısan üzünü, Nə günahı söylə gülün, barı sən. Xarı bülbül bilməz sirri, əsrarı, Bülbül kefdə, milçəyin də yox arı. Cəlaloğlu, bumu həyatın varı? Kaş salmazdın bu yerə güzarı sən. Yardımlı, 03.08.2008 Elbəyi Cəlaloğlu |
Kaleminize ve yüreğinize sağlık.
Saygıyla, tebrikler.