BİR DƏ BİLƏNDƏ Kİ, TÜRKƏM DÜNYADABİR DƏ BİLƏNDƏ Kİ, TÜRKƏM DÜNYADA Yoğruldum min cürə şehdən, şirədən, Bəzən torpaq olub daşlaşıb bədən. Süzülüb-süzülüb milyon illərdən, Bir insan doğulub sevinmişəm mən, Bir də biləndə ki, türkəm dünyada. Ömrümü yaz açdı, payız budadı, Getməz xəyalımdan illərin dadı. Həyat öz işində kamil ustadı, Coşdum eşidəndə sazı, ustadı Bir də biləndə ki, türkəm dünyada. Dolaşdım tarixdə hey varaq-varaq, Nizami, Füzuli, Əmrə bir çıraq. Duydum Qurbanidə, Ələsgərdə haqq, Ürək dağa döndü tutanda soraq, Bir də biləndə ki, türkəm dünyada. Bilgə öz ruhumdu, Babək öz odum, Fatih Sultan Mehmet, Xətai – andım. Yurda namus deyib hər dəfə andım, Ərlik salnaməmlə bir qürurlandım, Bir də biləndə ki, türkəm dünyada. Ebəyi Cəlaloğlu |