İNTEQRASİYAİNTEQRASİYA Bir vaxt deyirdilər qərb ölkələri Azad sevgi verib sakinlərinə. Hər bir qəsəbəsi, hər bir şəhəri Dönüb sevgi, istək, eşq şəhərinə. Sevgi ağac altda, sevgi yol üstə Məhəbbət metroda, eşq avtobusda. Asfaltın ortası, tində, dalanda Kimin bir balaca vaxtı olanda, Bağda kol dibində qucaqlaşdılar, Stansiyalarda həddin aşdılar. Ayıb yox, ədəb yox, hamı öpüşür Kimin harda, necə səmtinə düşür. –Yaxşı, bizə nolub kimdən əskiyik, Niyə ki, kimdənsə geridə qalaq. Biz də onlar kimi adi kişiyik, Biz də bu sevgiyə, bu eşqə dalaq. Belə yüngül, zəif düşüncələrdə Bulunanlar oldu bizim şəhərdə. Bu dənizkənarı, bu dağüstü park, Yeməkxanalarda ayrıca otaq, Bağ, bulvar bir yana, hər dəlmə-deşik Hər tində bir qıza açılıb qucaq. Həyasızlıq tumu əkibdi sevgi, Məktəb qırağında, bağça yanında Üzünə sırtıqlıq çəkibdi sevgi. Qərbə inteqrasiya eşqi canında, Nədir insanları çəkən vəhşətə? Adam hiddətindən gəlir dəhşətə. Bəlkə köçüb gedək bir il, ilyarım Doyunca yaşayaq biz Avropada. Müqayisə edək gəl aram-aram, Görməli nə varsa, görək burada. Tək bizə deyil ki, inteqrasiya-zad Bizi də sevsinlər. Qəribə işdi! Bizdədir ən müdhiş mərifət, izzət, Ürəyimiz təmiz, üzümüz xoşdu. Yox, əstağfrüllah, görür gözümüz Adi kişilərdən deyilik ki, biz. Böyüklərə hörmət, kiçiyə yardım Bəlkə də həyatda müqəddəs andım. Oğul çox danışmaz ata yanında, Xüsusi qüruru var atanın da. Siqaret almazlar əsla əlinə, Hər sözü gətirməz qızlar dilinə. Qohuma, qonşuya açılar qucaq, Qonağın ruzisi özündən qabaq. Gələnin üzünə bunca açılar Bütün pəncərələr, bütün qapılar. Sevib sevilməyin öz məkanı var, Cəmiyyətə sevgi – bu başqa işdi, Qərb bizə çatmağa can atsa əgər Bu qayıdış deyil, bu yüksəlişdi. Qiymətini alıb bu mədənniyyət, Namus, ismət, həya, abır carçısı. Aqillər söyləyib Azərbaycana Şərqin astanası, Şərqin qapısı. Bəs bundan da uca olarmı zirvə, İnsafınız olsun sevin bu hissi. Geyib küçələrdə arsız qiyafə, Qırmayın qürurla bu dolu hissi. Elbəyi Cəlaloğlu |