7
Yorum
0
Beğeni
5,0
Puan
1274
Okunma
Dünyayla barter
Qiyməti var hər zərrənin,
Hətta ziyankar birənin.
Qovğaları tez dayandır,
Silahları sındır, yandır.
Əvəzində ürəyimi,
Gözün tutsa hər nəyimi,
Kəs neştərlə, qopar, dünya!
Sənə verim, apar, dünya!
Razı qalsan bu şərtimlə,
Sülh, barışıq niyyətimlə,
Göndər gəlsin çapar, dünya!
Ağlar qoyma anaları,
Sevindir gənc sonaları.
Təbəssüm ver uşaqlara,
Qıyma sönsün ocaqlara.
Yarada bil bircə çiçək,
Öldürməmiş milyon böcək.
Ətəyindən tök daşları,
Tərk elə bu savaşları.
Əvəzində al canımı,
Sənə verim, apar, dünya!
Könül etməz qubar, dünya!
Elbəyi Cəlaloğlu
5.0
100% (6)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.