XƏZƏRİN SAHİLİNDƏXƏZƏRİN SAHİLİNDƏ Yenə nə coşmusan, Xəzərim mənim, İlhamın gül kimi açmaq istəyir. Bu axşam şöləni yaydın aləmə, Dövrəndə pərvanə uçmaq istəyir. Belində kəmər var Ay işığından, Sıyrılır dalğalar mərmər tağından. Üfüqlər məmnundu yaraşığından, Üstünə nurunu saçmaq istəyir. Oxşadın ruhunu boz sahillərin, Nədən tökdün belə şirin dillərin. Bir dəli sevgiylə açıb əllərin, Sahil də boynunu qucmaq istəyir. Çırpınan ləpələr yudu daşları, Çatıldı qayanın məğrur qaşları. Qısqanıb Elbəyi lap yurddaşları, Uşaq tək qoynuna qaçmaq istəyir. Elbəyi Cəlaloğlu |
Nədən tökdün belə şirin dillərin.
Bir dəli sevgiylə açıb əllərin,
Sahil də boynunu qucmaq istəyir.
Çırpınan ləpələr yudu daşları,
Çatıldı qayanın məğrur qaşları.
Qısqanıb Elbəyi lap yurddaşları,
Uşaq tək qoynuna qaçmaq istəyir.
Aşkın sahillerinde evreni gökkuşağı gibi sarmak hissiyle çoşan yürek, pervaneler gibi neşe içinde uçmak istiyor, sevginin verdiği coşkuyla ellerini açıp sahil boyunca koşmak istiyor, kıkananlardan tek başına kaçık kurtulmak istiyor. Anladığım kadarıyla çok güzel bir duygunun kaleme yansımasıydı, yaşama sevinciyle yüreğini mesud eden sevginin verdiği hazla sahillerde deniz ve mehtapla coşup o sarhoşluğun tadına varmak istiyor. Gönülden kutluyorum değerli üstadım çok güzel duygular yaşattınız hayat dolu dizelerinizle, var olsun değerli kaleminiz ve yaşama sevinciyle coşan yüreğiniz. Esen kalınız huzur ve mutlulukla...
Selam saygımla
* * *