DAĞLARINDAĞLARIN Qırov düşüb papağına, dümağdı, Bir təmkin var göz-qaşında dağların. Duruşunda bir dədəlik heykəli, Hikmət gəzir hər daşında dağların. Çəmənləri bir sığallı sonadı, Güllərini dərməyəndə qınadı. Həyat məni dönə-dönə sınadı, Enişində, yoxuşunda dağların. Yordu məni çınqılların içində, Yaz yaylağa, qış qışlağa köçəndə. Burum-burum tüstüləndim peçındə, Yarmaçanın höyüşündə dağların. Bulağından qaynamışam, coşmuşam, Havasından nəşəliyəm, bihuşam. Qucağından pərvazlanan bir quşam, Elbəyini tap yaşında dağların. Elbəyi Cəlaloğlu |
Qırov düşüb papağına, dümağdı,
Bir təmkin var göz-qaşında dağların.
Duruşunda bir dədəlik heykəli,
Hikmət gəzir hər daşında dağların.
YÜREĞİNE SAĞLIK ŞAİRİM BU KADAR MI GÜZEL ANLATILIR SAYGILAR SUNARIM