ÇIXARTMA ATAMIN GÖZÜNÜ, HƏKİMÇIXARTMA ATAMIN GÖZÜNÜ, HƏKİM Cərrah atamın xəstə gözünün çıxardılması qənaətinə gələndə Rəhm eylə Allahın adına, dayan, Çıxartma atamın gözünü, həkim! Qop bu acizlikdən, silkələn, oyan, Çıxartma atamın gözünü, həkim! Sən cəllad deyilsən, bir düşün-daşın, Pozma nizamını kipriyin, qaşın. Vallah, ahı tutar süzülən yaşın, Çıxartma atamın gözünü, həkim! Həkimsən - bu adın deyildir əbəs, Yoxdumu qəlbində inləyən bir səs. Kəsib tullamağı bacarır hər kəs, Çıxartma atamın gözünü, həkim! Bağla bir gözünü, bir bax dünyaya, Qartal tək qanadsa, məğmundu qaya. Günəş də möhtacdı hər zaman Aya, Çıxartma atamın gözünü, həkim! Nəzər sal o gözdə yatan daş-qaşa, Bütün gözəlliklər verib baş-başa. Səni and verirəm torpağa, daşa, Çıxartma atamın gözünü, həkim. Qulundur Elbəyi, ey Allah-kərim, Əlacı zirvədə çiçəksə, dərim. Canımı istərsən onu da verim, Çıxartma atamın gözünü, həkim! Elbəyi Cəlaloğlu |
harika bir eser
saygılarımla