Ölüncə sevəcəm...Ölüncə sevəcəm... Qısqanıram səni hər kəsişməyə, Hər tinə, döngəyə, bucağa, küncə, Gözümdən könlümə doğru uzanır, Gəzib gedəcəyin yeganə küçə. Bir damala yağışdan qoru sinəni, Əsdirə bilməsin donunu külək! Gecələr gizlicə Ay pusur səni, Pəncərə şüşəsin tər örtsün gərək! Ölüncə sevəcəm, sevgilim səni, Qoymaram başmağın daşa toxunsun. Tanrı gözəlliyin şah əsər kimi, Mənim ürəyimdə şövqlə oxunsun! Elbəyi Cəlaloğlu |