QINAMASIN BİZİ QOY ELLƏR, BULAQQINAMASIN BİZİ QOY ELLƏR, BULAQ (deyişmə) Elbəyi: Bəxtəvər yaradıb Yaradan səni, Alıblar dövrəyə gözəllər, bulaq. Gələcəm üstünə hər gün, hər saat, Bilmirdim yerini əzəllər, bulaq. Bulaq: Çoxdan gəlməliydin mənim üstümə, Xəbərsiz olmusan, neyləsin bulaq? Qızlar, bir çəkilin doyunca içsin, Ürəyi sevgidən alışan qonaq. Elbəyi: Coşub ürəklərdə suyun çağlayıb, Eşq oduyla könülləri dağlayıb. Qız-gəlinlər dəstə-dəstə bağlayıb, Üstünə gül-çiçək düzəllər, bulaq. Bulaq: Gözlərin aramla axtarır, gəzir, Həsrət daşa dönüb qəlbini əzir. Burda həyacandan bir gözəl əsir, Utancdan nar kimi qızarıb yanaq. Elbəyi: Bir desən həsrətdən amansız nə var, Qəlbimdə hicranı gəlib boğa yar. Mən desəm inciyər o biri qızlar, Durna gözlərini süzəllər, bulaq. Bulaq: Dayansın sularım, qoy axsın şərbət, İlahi həyatda eyləsin xoşbəxt. O biri qızlar da razıdır əlbət, Bax elə burdaca bir düyün quraq. Elbəyi: Sevgili dünyamın oldun pənahı, Elbəyinin piri, ziyarətgahı. Elçimi göndərim, gözlə sabahı, Qınamasın bizi qoy ellər, bulaq. Elbəyi Cəlaloğlu |
selam ve dua ile .