OlmuşamOlmuşam Meydanda tək qalan igid kimiyəm, Öldürüb inamı qatil olmuşam. Daşlara çırpılan ümid kimiyəm, Sınıb çilik-çilik, pul-pul olmuşam. Başım qurbangahdı daş karvanına, Yanağım səhradı yaş karvanına. Axsaq arzuların çaş karvanına Yallardan keçəsi xam yol olmuşam. Tutub boğazımdan “pul” adlı şeytan, Ya mən anlamazam, ya dünya nadan. Elbəyi, əsirdi ona bu dövran, Sən də deyirsən ki, mən qul olmuşam. Elbəyi Cəlaloğlu |
Allah kendinden başkasına kul etmesin
sevgi saygılarımı bıraktım