Bu gecəBu gecə Payızın son ayı, göy üzü açıq, Ayaz qarsalayır canı bu gecə. Asıb kirpiyimdən qəm buzlarını, Üşüdür həsrətin məni bu gecə. Qəhər də donubdur içimdə, gülüm, Yaş məni boğammır, söz tutur dilim. Çək-çevir eyləyir qələmlə əlim, Gətirib şeytanı, cini bu gecə. Ümid axtarıram, görünmür, hanı? Sanki şaxta vurub bağda hər yanı. Dağıdıb yatdığın döşək-yorğanı, Sevgimə bükərdim səni bu gecə. Elbəyi Cəlaloğlu |
Bu gecə
Payızın son ayı, göy üzü açıq,
Ayaz qarsalayır canı bu gecə.
Asıb kirpiyimdən qəm buzlarını,
Üşüdür həsrətin məni bu gecə.
Qəhər də donubdur içimdə, gülüm,
Yaş məni boğammır, söz tutur dilim.
Çək-çevir eyləyir qələmlə əlim,
Gətirib şeytanı, cini bu gecə.
Ümid axtarıram, görünmür, hanı?
Sanki şaxta vurub bağda hər yanı.
Dağıdıb yatdığın döşək-yorğanı,
Sevgimə bükərdim səni bu gecə.
Elbəyi Cəlaloğlu
Duygu yüklü çok güzel bir şiir
Kutlarım efendim, saygımla....