HAQQIMIZ VARMI ÖLMƏYƏ?HAQQIMIZ VARMI ÖLMƏYƏ? El ağsaqqalı Nəcəfxan müəllim əvvəlcədən özü üçün hazırladığı qəbir yerinə baxmaq istəyərkən İnsan baş əydi ölümə, Nədir görən bu təm-təraq? İnsan razıdır ölməyə, Hardan doğdu bu kor maraq? Bu nə qovğa, bu nə istək? Bu nə inam, bu nə məslək? Nədir onu çəkən ora, Mələk olmaq istəyimi? Cənnətdə bərqərar olub, Ləzət almaq istəyimi? Yoxsa zülmdən, əzabdan Can qurtarmaqdırmı məqsəd? Ağrı bilməz, acı duymaz Hissimi var bilə cəsəd?! Günəş gülməz üfüqlərdən, Xoşbəxt görünməz təbiət. Sevgi dolu şəfəqlərdən, Heç pay da düşməz, nəhayət. Külək vurmaz sərin-sərin, Dənizlər də döyməz ləpə. Güdüb Günəşin gözünü, Yağış gəlməz səpə-səpə. Bəzəyəmməz göy qurşağı, Min naxışla gözəlləri. Vəsf eyləməz şair daha Bir baxışla gözəlləri. Mən gəlincə görüşünə Aylı çecə çay qırağı, Yarım saymaz tellərini Çəkib aramla darağı. Nədir bu həvəs görəsən, Çəkir torpağa insanı, Doğurdanmı ulu Tanrı Torpaqdan yoğurub canı? Bəlkə acizlik dayanır Hərdən insanın önündə, Bəlkə duymur mənasını Hər dalanın, hər tinin də?! Arı duyursa çıçəyi, Bunun sirri açılmalı! Gözəlsə gülün ləçəyi, Bunun sirri açılmalı! Qayalar belə məğrurdu, Çaylar şıltaqdı, cəsurdu Bunun sirri açılmalı! Kim düzübdür səmalara Milyon-milyon ulduzları. Hər biri bir dünya boyda, Nə üçündür onlar, barı? Bunun sirri açılmalı! Günəşdəki enerjiyə, Atəşə bax – qalaq-qalaq. Yanıb qurtarmır bu nəhəng, Eralarla vərəq-vərəq. Necə alışdı dünyanın İlk odu, ilk ocağı, Niyə əlinə keçəni Udur Bermut üçbucağı? Bunun sirri açılmalı! Möcüzə çox, ağıl aciz Xırdalasın kökünəcən İonları, atomları. Düşüb sınmaz bir tilsimə Göz önündə canlı sehir Böyük Misir ehramları – Bunun sirri açılmalı! Bəlkə, açıb sərhədləri Bu sirrlərin ürəyinə Yaşayanlar bizdən öncə?! Qütbləri, cəhətləri Dəyişiblər onun üçün Qoruyanlar onu bunca?! Kimdir ona sadiq qalan, Kimdir çəkən belə möhkəm Bu sirrlərin keşiyini? Kimə xasdır bu cah-cəlal, Kimdir onun gecə-gündüz Yırğalayan beşiyini? Bunun sirri açılmalı! Öyrənməmiş beyinləri, Çözəmməmiş düyünləri, Haqqımız varmı ölməyə? Nədən ötrü qoyulubdur Dünyanın himi, təməli? Nəyə xidmət edir görən İnsanın eşqi, əməli? Bunun sirri açılmalı! Yaranmamışıq beləcə, Beləcə gedək dünyadan. Bir mənəvi borcumuz var, Şahiddir ulu yaradan. Açmasaq Yerin sirrini, Bilməsək Haqqın yerini, Haqqımız varmı ölməyə? Haqqımız varmı ölməyə? Elbəyi Cəlaloğlu |
Bazı harfleri tam anlamasam dahi ana fikrini anlamış gibiyim.
YAŞASIN BİR MİLLET İKİ DEVLET...