SÖZ VAR Kİ, ÜRƏKDƏ BOĞULMALIDISÖZ VAR Kİ, ÜRƏKDƏ BOĞULMALIDI Sözümü demişəm, – deməsin heç kəs, Söz var ki, ürəkdə boğulmalıdı. Qurtula bilməyən çirkablarından, Bəlkə də yenidən doğulmalıdı. Xoş üzlər içindən pərvazlanır ruh, Haqqa səcdə qılıb qayıdır nurla. Duyğular adilsə, düşüncələr saf, Ürək çırpınmayır, vurur qürurla. Səni gövhər kimi doğsa da anan, Elbəyi, bilmədi zaman qədrini. Bilirəm, yenə də arayacaqdır, Gövhərlər içindən tarix ətrini. Elbəyi Cəlaloğlu |
Haqqa səcdə qılıb qayıdır nurla.
Hoş özler içinde pervazlanır ruh
Teşekkürler bu yüce gönüle. Tebrik ediyorum
selam ile