BULANDA SENİ
BULANDA SƏNİ
Toxunub alışan dodaqlarına, Zəhərli ilantək çalanda səni, Niyyəti , məramı bam-başqa imiş, Qolları üstünə alanda səni. Acı xatirələr buraxıb sənə, Kölgətək arxanda sürünür yenə, Inanma vəfasıza, tövbə deyənə, Yandımı, çöllərə salanda səni. Aşiqin sevdası başında gərək, Xəyalı gecələr tuşunda gərək, Hər zaman yadında, huşunda gərək, Görməsin ağlayıb dolanda səni. Eşqin badəsini içən az olur, Muraza çatanın işi saz olur, Coculu deyənlər elə düz olur, Bac vermə nadana, bulanda səni. |