GÖKLERİN SIRRINI ÖYREN
Deyirsən göy üzü daşı saxlamır,
Bəs Yeri göylərdə saxlayan nədir? Yerində fırlanır Ay da saxlanır, A, dostum sanma ki, bir əfsanədir. Nə Yerin, nə Ayın yoxdu sütunu, Elə hey göyləri gəzir dolanır. Sən öyrən bu sirrin nə olduğunu, Günəş də göylərdə alışır yanır. Göy üzü ulduzla doludur-dolu, Onlar da daş kimi asılıb qalır. Baxdıqca uzanır kəhkaşan yolu, Göylər bu qüvvəni haradan alır. A, dostum göylərin sirrini öyrən, Göy üzü bir daşı buraxsa belə, Onda sən doğrudan bilərsən nədən, Göydə tufan qopar, yerdə zəlzələ. |