ŞAİRİ İNCİTMEYİN
Haqq deyən şairi çox incitməyin,
İncisə zamanın özü qarışar. Həqiqət diz çökər, yalan yeriyər, Dünyanın əyrisi, düzü qarışar. Yaltağın, alçağın məkri oyanar, Mərifət azalar, insaf dayanar, Dünyanın çuxası qana boyanar. Həyatın ağ-qara üzü qarışar. Xalqına dərs verər bir nadan qağa, Aldadar kütləni, gedər qabağa, Millətin ağzını dirəyər dağa, Alimin nadanla sözü qarışar. Millət yamaq olar başqa millətə, Götürər minnəti, düşər zillətə, Bir xalqı mindirə bilməsək mətə, Ocağın külünə közü qarışar. Coculu hər işin bilir düzünü, Kəsməyin şairin doğru sözünü, Ağarda bilməsək elin üzünü, Onda işimizə yüzü qarışar. |