ÇOCUKLAR ATILMIŞ
Ben yaşayan apartmanın arkasında atılmış cocuklar
evi var. Devlet terefinden himaye edilir. Yemekleri, eyin-başları yeterince iyidir. Ancak her birinin gözlerinde bir niskil yaşıyor. Bir çohu menimle yakınlık edir. GÜNAHAM Bilmıirəm kim əkib, kim doğub məni, Mən ayaq(bacak) üstündə gəzən günaham. Körpələr(cocuklar) evinə çoxdan atıblar, Dərdləri sinəmə düzən günaham. Mən ayaq üstündə gəzən günaham. Nə üçün atıldım, bilən olmadı, Heç zaman yanıma gələn olmadı, Gözümün yaşını silən olmadı, İllərlə ağzını büzən günaham. Mən ayaq üstündə gəzən günaham. Çox təhqir olundum, əzaba dözdüm, Atadan, anadan əlimi üzdüm, Özüm, öz dərdimə çarələr gəzdim, Ağrıya-acıya dözən günaham. Mən ayaq üstündə gəzən günaham. Həyatın qırmancı tytanda məni, On səkkiz yaşına çatanda məni, Körpələr evi də atanda məni, Hər yerdən əlimi üzən günaham. Mən ayaq üstündə gəzən günaham. Qarşımda bağlanmış yollar olacaq, Arzularım yarı yolda qalacaq, Səbrim tükənəcək, kasam dolacaq, Taledən usanıb, bezən günaham. Mən ayaq üstündə gəzən günaham. Ay Coculu, söylə nədir günahım? Bir ah çəksəm ərşə çatarmı ahım? Heç bilmirəm olacaqmı pənahım? Bəlkə elə Tanrı yazan günaham! Mən ayaq üstündə gəzən günaham. |
kaleminiz hiç susmasın saygılarımla..