KİŞİNİN(ERKEK) İÇİNDE
KİŞİNİN İÇİNDƏ
Cəsarətlə deyə bilsə sözünü, Cana gələr söz, kişinin içində. Hər kişiyə, kişi demək olarmı, Biri olur, yüz kişinin içində. El yükünə tab gətirib duranda, Şər qüvvəni sındıranda, qıranda, Ədalətlə ömrü başa vuranda, Yola dönür iz, kişinin içində. Göz gərəkdir dünyaya düz baxmağa, İçimizdə istibdadı yıxmağa, Azad olub, azadlığa çıxmağa, Qeytət gərək, biz kişinin içində. Kişilər var boyun əyir, döyülür, Kişilər var söz götürür, söyülür, Kişilər var qarın üçün əyilir, Qorxu olur, qaz kişinin içində. Nə anlayar?- Millətim var, dilim var, Ana torpaq, Şirvan, Muğan, Milim var, Türküstanım boyda böyük elim var, Çalınmasa saz, kişinin içində. Neynəyim ki, namərd olur, mərd olur, Ər kişinin ürəyində dərd olur, Ay Coculu, hər kişi bir fərd olur, Xalq yaşayır, az kişinin içində. |