Sevmek zamanı geçdi...
***
Keçdi... Keçirmişəm mən Eşqi yazan vaxtımı. Daha çiçək üfləyib Sınamıram baxtımı. * İçimdə sel səngiyib, Quruya bənd atıram. Gecələri yatmıram, Bayquşa qənd atıram. * Kimsə nəğmə oxuyur: -Pəncərədən daş gəlir... Süzülür aynasından Gözlərimə yaş gəlir. * Bəlkə həmin qadındı- Kəklimi sevən qadın. Mənə şəkil göndərib Şəklimi sevən qadın... * Bilmirəm ağlında mən Necəymiş,nasılmışam. Bəlkə də ölmüş bilib Divardan asılmışam. * ...Heç yaz yaxşı keçmədi. Yağmadı. Çöl qurudu. Sarı kiraz ağacım Qorxutdu yel, qurudu... * Siqaranı buraxdım. Həyat baha... O qədər. Bir az bira,bir az su... İçməm daha o qədər. * Neçə doğru biləməm, Neçə yalan,unutdum. Adama pis baxırlar... Sevgi-filan unutdum. * İncimirəm qoluma İlişib kol çəkəndə. Bir damla yaş bəsimdir Gözlərim yol çəkəndə. * Kimsə nəğmə oxuyur: -Pəncərədən daş gəlir... Süzülür aynasından Gözlərimə yaş gəlir... *** Qənd-şeker Ayna-cam Kəkil-saç Kol-dikenli ağac * |
insanlar her yaşta sever, sevilir, aşık olur
sevgi alır sevgi verir...aksanlı şiirleri mende
çoh sevirem... anlam ve anlatımı
çok çok güzel bir şiir okudum.
tebrikler ve saygılar sunuyorum...