ANAM GƏLİB YENƏ YADIMA DÜŞÜB
Yaman kədərliyəm nəsə bu axşam,
Fələyin şaxtası oduma düşüb. Hər şeyin şirini yan keçir məndən, Acısı, zəqqumu dadıma düşüb. Hardadı xoş günlər, cavanlıq çağım, Quruyub bostanım, məhv olub bağım. Əriyib, tükənib ürəkdə yağım, Qəzanın silləsi adıma düşüb. Nə ki dərd-kədər var, məndə cəmlənir, Əflatun dözəmmir, üzü qəmlənir. Könlüm qubarlanır, gözüm nəmlənir, Anam gəlib yenə yadıma düşüb. 18.09.2019. |
Ana şiiri okuduğumda yorum yazamıyorum