ANAMIN ƏZİZ XATİRƏSİNƏ
Anam vardı, elə bil bütün dünya mənimdi,
Anasız ayım-günüm dumanımdı, çənimdi, Elə bil onsuz həyat qənimim, düşmənimdi. Hər sevincim-şadlığım getdi, onunla getdi, Dünyamı boğdu zülmət, könlümü viran etdi. Anadır hər varlığın dünyada tamı-dadı, Odur bəşəriyyətin gözəl, müqəddəs adı, Onsuz sönməz ürəyin nə alovu, nə odu. Daha yoxdur, öz dünyam gözdən qeyb oldu, itdi, Həsrətiylə məni də yandırdı, bir kül etdi. Yoxluğuna inam yox, hər daim axtarıram, Xəyalən yollar ölçüb, görüşünə varıram, Çatmır harayım-ünüm, çarəsiz, lal dururam. İntizarı, nisgili yaman canıma yetdi, Məni məhzun, mükəddər, dünyaya küsgün etdi. Bilin ana qədrini ey anası olanlar, Görün ki nələr çəkir bu anasız qalanlar, Dünyada cənnət görər ana könlü alanlar. Anam gedən o gündən mənimçün hər şey bitdi, Anasızlıq məni yox, hər kəsi mağmun etdi. |