ANA LAYLASI
Tay olmaz dünyanın heç bir nəğməsi,
Ürəyin sözüdür ana laylası. Alışan sevginin, coşan sevginin Həm odu, közüdür ana laylası. Ən gözəl, ən şirin səsdir, avazdır, Xoş bahar müjdəli, ətirli yazdır. Min kərə dinləsən yenə də azdır, Həyatın özüdür ana laylası. O bir möcüzədir, sirrdir, sehirdir, Qəlbində istəkdən doğan mehirdir. Əflatun, çağlayan, daşan nəhirdir, Məhəbbət izidir ana laylası. |
Yüreğine kalemine sağlık
___________________________________________Selamlar