DOLUBDUR PİYALƏM QƏM ŞƏRABIYLA
Dolubdur piyaləm qəm şərabıyla,
İçmək istəmirəm, zaman iç deyir. Atıbdır qarşıma sərt kəməndini, Ağlım keçmə deyir, bəxtim keç deyir. Dolanır başımda dumanı-çəni, Salıb məngənəyə, çox sıxır məni. Əkdiyim zəmilər tutmamış dəni, Biçmək istəmirəm, fələk biç deyir. Bitməyir qovğası, bitməyir qalı, Döndərir zəhərə şirincə balı. Qarışır gözümdə dünyanın halı, Sən ağı qaradan indi seç deyir. Nə varsa şadlığım, əlimdən gedib, Həyatı gözümdə dözülməz edib. Əzab-əziyyətlər qarşımda bitib; Baş götür dünyadan, durma, qaç deyir. Dünyanın ağrısı, acısı çoxdur, Yedirib kədəri, gözlərim toxdur. Əflatun, yaşamın ləzzəti yoxdur, İçimdən gələn səs daha köç deyir. |
Gelamin susmasın usta
______________________________Salam