ŞAİR ALLAHVERDİ ALLAHVERDIYEV İLƏ DEYİŞMƏ
A. Allahverdiyev :
Aramızdan bir çay keçir, Bir yol səndə, bir yol məndə. Üzməyə naşı olmayaq, Bir qol səndə, bir qol məndə. Əflatun Hüseynoğlu : Həyat fikir tələb edir, Bir huş səndə, bir huş məndə. Dərdimizi çözək bir-bir, Bir baş səndə, bir baş məndə. A. Allahverdiyev : Yay eyləyib qaş atırsan, Yaz yerinə qış atırsan. Suya niyə daş atırsan? Bir əl səndə, bir əl məndə. Ə. Hüseynoğlu : Kimlər durub el qəsdinə, Aramızı de, kəsdi nə? Daşı qoyaq daş üstünə, Bir iş səndə, bir iş məndə. A. Allahverdiyev : Su üstündən yol eyləyək, Su aydınlıq, bol eyləyək. Gəl o daşı gül eyləyək, Bir dil səndə, bir dil məndə. Ə. Hüseynoğlu : Birlik olub əl eyləyək, Günümüzü il eyləyək. Gəl biz daşı ləl eyləyək, Bir daş səndə, bir daş məndə. |