ÖZÜNDƏN SORUŞ
Hər axşam hesabat verib özünə,
Yaxşını, yamanı özündən soruş. Həyatda inamın nəyə bağlıdır, Qəlbində imanı özündən soruş. Unutma deyilən qiymətli sözü, Ömür verilməyib hədərə düzü. Hər kəs hesabını çəkəcək özü, Boş keçən zamanı özündən soruş. Əflatun, dünyanı sən yaxşı tanı, Ağıllı insanlar qalmayıb, hanı? Başında dolanan nurlu ziyanı, Ya da ki dumanı özündən soruş. |
Əflatun, dünyanı sən yaxşı tanı,
Ağıllı insanlar qalmayıb, hanı?
Başında dolanan nurlu ziyanı,
Ya da ki dumanı özündən soruş.
ÖZÜNDEN SORUŞ GÜZELDİ ŞAİRİMİ KUTLUYORUM...