MƏN O ŞEİRİ YAZAMMIRAM...
***
Dedilər sən də yaz görək, Mən o şeiri yazammıram. Şair alnı bəyaz gərək, Mən o şeiri yazammıram. * Verib qələm-kağız mənə, Açmasınlar ağız mənə, Sərf eləmir bu cız mənə, Mən o şeiri yazammıram. * Oxunmamış qatlanacaq, Xələt alıb qutlanacaq, Könlüm nədən atlanacaq, Mən o şeiri yazammıram. * İstədim ki,cəhd eləyim, Peyman edim,əhd eləyim, Dedilər ki,mədh eləyim... Mən o şeiri yazmmıram. * Doğulandan daş ayaq mən, İşi tamam baş-ayaq mən, Qoyun adam yaşayaq! Mən, Mən o şeiri yazammıram. *** |
Şiir karın doyurmaz ama gönül doyurur…
Şiir ruhun gıdasıdır…
.................................................... Saygı ve selamlar..