BİR QADIN GEDƏCƏK DÜYÜNƏ SƏNSİZ
***
Sənsiz açılacaq bir gün bu sabah, Sənsiz isladacaq şeh ayaqları. Sənsiz pəncərəni vuracaq külək, Sənsiz qucuyacaq meh ayaqları. * Bir az yazlaşacaq havanın rəngi, Bir az da payızdan qoxu gələcək. Başının altında sükut yastığı, Sabahın gözünə yuxu gedəcək. * Günəşi doğacaq sənsiz bu evin, Sərəcək sıcağın yaza bürünüb. Al çiçək açacaq işıqlar sənsiz, İşıqlar solacaq toza bürünüb. * Daha açmayacaq sənin əllərin, Qapın açılacaq öyünə sənsiz. Kimsə yazmayacaq dəvət adına, Bir qadın gedəcək düyünə sənsiz. * Kimsə almayacaq xəbəri səndən, Arayıb dostunu- yadını sənin. Səndən gəlməyəcək mesajlar daha, Dostların siləcək adını sənən... * Hər gün o it var ya,əppək atdığın, Qaşına- aaşına qalacaq sənsiz. Daşlar duymayacaq səni bir daha, Sokaklar başına qalacaq sənsiz. * Sən yoxsan... Duyacaq sol yanındakı, Mitili yığılmış yataq duyacaq. Soyuq camlarına barmaqlarınla Hovurub yazdığın otaq duyacaq. * Sinəcək dağların yaxın döşünə, Nə səda qalacaq,nə səs qalacaq. Yer yerdən,göy göydən- Sənə yadigar, Alıb vermədiyin nəfəs qalacaq. * Sənsiz açılacaq bir gün bu sabah... *** |