NƏ VAR Kİ
Qismət olan ömrü ağılla yaşa,
İllər gəlib keçər, ilə nə var ki. Dediyin kəlmələr ləl-gövhər olsun, Yoxsa hər söz deyər, dilə nə var ki. Haqq olan halaldan ruzi yetirsin, Əməllər gül açsın, çiçək bitirsin. Qazanc öz yerində, savab gətirsin, Alar da, verər də, ələ nə var ki. Əflatun, xoş günlər dərd-qəmi silsin, Həyat axarıyla üzünə gülsün. Qoy səni el-aləm ağsaqqal bilsin, Başında ağaran telə nə var ki. |