QARABAĞ BAYATILARI
Mən aşiqəm qara bax,
Bəxtimizdə qara, bax. Daha geri gələrmi, Əldən getdi Qarabağ. Qarabağın gəlini, Ağlar gördüm dilini. Səni yada verənin Tanrı qırsın belini. Qarabağın elləri, Pərişandı telləri. Yağı elə dağ çəkib, Ötmür şirin dilləri. Qarabağladı, Yolu qar a bağladı. Qarabağ gedən gündən Dərd də qara bağladı. Qarabağdan ad gələr, Yer inləyər, dad gələr. Başqa yerdən toy səsi, Oradan fəryad gələr. Gələn qarabağlıdı, Günü qara bağlıdı. Dərddən bir şələ tutub, Başı qara bağlıdı. Bax bu qəmə, bu aha, Sözüm gəlməz günaha. Qarabağın dönməsi Qalıb o bir Allaha. Əzizinəm, o tayla, Karvan gələr bu tayla. Vətəndən didərginin Günü keçər ah-vayla. Əzizinəm, bu dağı, Bu təpəni, bu dağı. Yazıq qarabağlılar Necə çəksin bu dağı? Qarabağım bir təkdi, Bir əldi, bir ətəkdi. Qan qussun o yağını, Qarabağda dərd əkdi. |