MƏNİMKİ YAŞAMAQ DEYİLKİ,QARDAŞ...
***
( Yaşamaq hər an olmamağın mümkün olduğu anda olmaqdır...) * Mənimki yaşamaq deyilki,qardaş, Gününü yubadıb vaxt sınamaqdır. Asqırıb yalandan asqıraqların Təkinə,cütünə baxt sınamaqdır. * Həmin o adamam... Mənəm o adam, Gecənin boyuna biçilən adam. Son şüşə bitincə yarı süzülüb Elə yarı yarı içilən adam. * Nə qadın sevgisi,nə dost duyğusu... Mənimki istəkdi,həvəslər mənim. Mən gülü sevərəm bülbülə görə, İçimdə boş qalıb qəfəslər mənim. * Bəzən istəyirəm sünbül olmağı, Yıxır külək məni,dən tutammıram. Kim tutur dünyada yaxşı öz yerin, Təkcə öz yerini mən tutmmıram. * Mənimki yaşamaq deyilki,qardaş, Bu ildən o ilə yaş daşımaqdır. Gecəni yatmayıb kipriklərimlə Dağından Arana daş daşımaqdır. * Bir saç var sarışın... Xəyalımdadır. Küsüb,barışmırkı tumar üstündə. Gündə qədərimlə qumar oynayır, Gündə tutuluram qumar üstündə. * Mənimki yaşamaq deyilki,qardaş... Çıxacam gedəcəm bulud dalınca. Deyir oralarda başına qalıb. Umud yağış yağır... Umud dalınca. Mənimki yaşamaq deyilki,qardaş... *** |
Takdir ettiğim iyi dizeler...
Tebriklerimle sizi ve şirinizi kutlarım…
...............................................Saygı ve selamlar..