ESKİSİ GİBİDİR BU GECE HER ŞEY...
***
Əskisi kimidir bu gecə hər şey, Gözümə yığdığım yuxu da əski. Kiflənib qoxuyur divarda zülmət, Zülmətin ağzında qoxu da əski. * Uçuqlar üstümdən uçub keçirlər, Səslər həmin səslər,əskisi kimi. Bir səsə tutunub gedərdim,ancaq Deyil ki,həvəslər əskisi kimi. * Tale danə danə qırır çöpümü, Haqdı,özü bilər necə yaxşıdır. O əski sevdalar ölür içimdə, Bəlkə də,ölməyə gecə yaxşıdır. * Bir az cəhd eləyim nikbin olmağa, Yoxsa sırsıradır gözümdə giley. Susub ağlamışam həzinliyimdən, Üfürmə,yanaram,közümdə giley. * Şəkərli bir qəhvə istəyir canım... Yatmayım görüm ki,gecə uzun mu. Adıma tələsik adam deyirlər... Səbrim intizardan necə,uzun mu?... * Əskisi kimidir bu gecə hər şey, Əski filmlərdə olduğu kimi. "Doldur kadehimi doldur,arkadaş", O əski günlərdə olduğu kimi! --- Əskisi kimidir bu gecə hər şey... *** |