ÖYLE YORĞUNUM Kİ...
***
Elə yorğunam ki... Elə vecsizəm... Duyğular bürüyüb nə qərib məni. Sıxır məngənətək sıcaq bir yandan, Bir yandan bu gecə şoğərib məni. * Nə mən duz daşıdım,nə daş,deyim ki, Mənim yorulmağım daş yorulmağı. Mənim yorulmağım içimdən gəlir, Mənim yorulmağım yaş yorulmağı. * Gözümü yumuram yollar ayrılır. Hansı səmtə gedim,hansı yol mənim? Doktor,sən də burax! Kömək eləmir, Nəyimə gərəkdir karvalol mənim. * Bir bayquş yamanca xamlayıb məni, Ulayır hər gecə şəkər eşqinə. Yükünü daşımır daha mən yabı, Düşmüşəm dörd dənə təkər eşqinə... * Gözümü yumuram,nələr görürəm?!... Ağ gilas quruyur,dərdi gözümdə. Namərdi hörmətlə içindən alıb Aşıb öldürürlər mərdi gözümdə... * Mənim gözlərimə yazığım gəlir. İçində bu qədər xoş arzu qoyub əbədi qapamaq günahdır onu, ən gözəl şeylərə tamarzı qoyub. * Hörümçək dolaşır içində,sanki, Çırpınır,vurnuxur... Tor düyün düşüb. Mənim yorğunluğum umudsuzluğum, Mənim umudlarım kor düyün düşüb. -- Elə yorğunam ki... *** |