BU GÜN
Şükür Tanrıya ki, açıldı zülmət,
Məhəbbət naxışı toxundu bu gün. Çəkildi üzlərdən hicran, qəm-kədər, Sevgi nəğmələri oxundu bu gün. Nə gözəl parlayır günəş ziyası, Hər tərəf al-əlvan eşqin boyası. Bəlkə həsrət könlüm ola doyası, Səadət hər şeydən yaxındı bu gün. Əflatun, nə xoşdur Haqqın qədəri, Şirin xəyallarım deyil ötəri. Yığşırıb bir yerə dərdi-kədəri, Od-ocaq içində yax indi, bu gün. |
Kalemin güzellikeri yazmak istemiş ve yazmış...
Beğendim...
............................................... Saygı ve selamlar..