Mən bir türkəm!
Mən bir türkəm
Yer üzündə tarix yazmış! Haqq-ədalət timsalında Dövlət qurmuş, Döyüşlərdə zəfər çalmış, Qalaları fəth eyləmiş Bayraq sancmış . Mən bir türkəm! Doğusundan batısına, Çəkiləndə mənim adım, Mənəm deyən hökmdarlar, Qarışqa tək çəkilərdi Yuvasına. Bac alardım, öc alardım, Gündən-günə güc alardım. Mən bir türkəm! O türkəm ki: Böyük dövlət- Roma kimi imperiya, Deyərdi ki sənə peşkəş Olsun əziz Qonariya. Mən bir türkəm! Hər həmləmdə qorxusundan, Əsim-əsim əsərdi Çin, Toplasa da bütün gücün, Yenə də məğlub olardı... Adlı -sanlı şahzadələr Yarpaq kimi saralardı , Başı aşağı durardı, Kölgəmdən də qorxardı. Mən bir türkəm! Ruhum ilə, cismim ilə, Çox döyüşlərdən keçmişəm, Düşmən ilə sona qədər Vuruşmuşam, döyüşmüşəm. Mən bir türkəm! Kələyi yox,hiyləsi yox, Amma döyüş meydanında , Vuruşmağa həvəsi çox. Mən bir türkəm! Hər kəlməsi daşdan keçən, Qaya kimi möhkəm olan, Hər sözündə ötkəm olan, Şəninə dastan yazılan, Ərənliyə möhür vuran Mən bir türkəm! Bayrağında ay parası, Dilində şaman duası. Mən yaratdım savaşlarda Məşhur ,, Turan taktikası". Mən bir türkəm , yalın qılınc, Meydanlarda zəfər yazan . Mən bir türkəm, əldə qopuz, nəğmə yazan, Şərqi deyən dəli ozan. Mən bir türkəm Avropanı inildədən, Ruhlarına hakim olub Qəlblərini gizildədən. Mən bir türkəm Bir orduyla tək döyüşən Gürşad ruhlu. Mən bir türkəm Bir ovçuluq torpaq üçün, Qanın verən candan keçən, Cananı yurd eşqi vətən. Mən bir türkəm, Canım sənə fəda olsun , Vətən, vətən! Fərid Muradzadə |
"NE MUTLU TÜRKÜM DİYENE"...
Kutluyorum…
Şiir yaşamdır…
...................................................Saygı ve selamlar..